Türkiyədə cinayətkar qruplaşmaya qarşı əməliyyat zamanı 15 nəfər saxlanıldı


  • 7 Yanvar 00:24

Türkiyənin Manisa şəhərinin Yunusemre və Şehzadeler rayonlarında polis tərəfindən dələduzluq və çirkli pulların yuyulması cinayətlərinə qarşı 16 ünvanda keçirilən əməliyyat zamanı 15 şübhəli şəxs saxlanılıb.

E-huquq.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Onlardan çoxlu sayda rəqəmsal material və patron ələ keçirilib.

Əməliyyat zamanı 15 ədəd mobil telefon, 2 ədəd gündəlik, 1 ədəd kompüter qutusu, 1 ədəd laptop və 45 ədəd 9x19 mm çaplı patron ələ keçirilib.

Oxşar xəbərlər