Filippində güclü zəlzələ olub


  • 7 Yanvar 09:21

Filippinin Baculin bölgəsi sahilləri yaxınlığında 6,4 bal gücündə zəlzələ baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırmalar Mərkəzi məlumat verib.

Zəlzələnin episentri Baculin bölgəsindən təxminən 16 kilometr şərqdə müəyyən edilib.

Təkanlar 35 kilometr dərinlikdə baş verib.

Zəlzələ nəticəsində hələlik can və mal itkisi barədə məlumat verilməyib, sunami xəbərdarlığı da edilməyib.

Humay Eminqızı

Oxşar xəbərlər