Çində 5,2 maqnitudalı zəlzələ olub


  • 7 Yanvar 10:14

Çinin Sincan-Uyğur Muxtar Bölgəsində 5,2 bal gücündə zəlzələ baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə Çin Zəlzələ Şəbəkələri Mərkəzindən (CENC) məlumat yayıb.

Məlumata görə, səhər saatlarında qeydə alınan zəlzələnin episentri Sincan-Uyğur Muxtar Bölgəsindəki Taşkurqan Tacik Muxtar Dairəsində olub.

Təxminən 10 kilometr dərinlikdə qeydə alınan zəlzələ tələfat və dağıntıya səbəb olmayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər