- 00:49
Türkiyənin Trabzon şəhərində torpaq sürüşməsi baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Trabzonun Vakfıkebir rayonunda baş verən sürüşmə zamanı dağın yamacından qopan qaya parçaları və torpaq qalıqları 6 mərtəbəli yaşayış binasının birinci mərtəbəsinə çırpılıb.
Qaya parçaları binanın bəzi hissələrinə ziyan vurub.
Əraziyə polis, AFAD və tibbi yardım qrupları göndərilib.
Sürüşmənin yaratdığı risklərlə əlaqədar yaşayış binasının sakinləri müvəqqəti olaraq təxliyə edilib.
Şəbnəm Mehdizadə