- 00:49
Səyahət və aviasiya sahəsində tədqiqatlar aparan “Cirium” analitik şirkəti 2025-ci ilə dair hesabatını açıqlayıb.
E-huquq.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, İstanbul Hava Limanı (IST) 2025-ci ildə göstərdiyi yüksək performans və etibarlılığa görə Platinum Mükafatı ilə təltif olunub.
Hesabatda qlobal miqyasda müxtəlif kateqoriyalar üzrə ən yaxşı göstəricilərə malik olan digər hava limanlarının da adları yer alıb. Vaxtında gediş və gəliş göstəricilərinə (OTP – On-Time Performance) əsasən fərqlənən hava limanları bunlardır:
Böyük hava limanları: Çilidə yerləşən Santiago Arturo Merino Benítez Beynəlxalq Hava Limanı – 87,04%
Orta ölçülü hava limanları: Panama Tocumen Beynəlxalq Hava Limanı – 93,34%
Kiçik hava limanları: Ekvadordakı Guayaquil José Joaquín de Olmedo Beynəlxalq Hava Limanı – 91,47%
Şəbnəm Mehdizadə