Məzmuna keç

Məhkəmə zalında icazəsiz çəkiliş aparan 3 vəkil saxlanıldı

Türkiyənin İstanbul şəhərində 3 vəkil saxlanılıb.

E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, İstanbul Vəkillər Kollegiyasında qeydiyyatda olan 3 vəkil məhkəmə zalında icazəsiz çəkilişlər aparıb.

Hadisə 16-cı Ağır Cinayətlər Məhkəməsinin məhkəmə iclasında baş verib.

Jandarma əməkdaşlarına müqavimət göstərməyə çalışan vəkillərdən biri məhkəmə qərarı ilə həbs olunub, digərləri isə şərti azadlığa buraxılıb.

Şəbnəm Mehdizadə