- 00:49
Türkiyədə intizam pozuntusuna yol verən vəkil barəsində istintaq başladılıb.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç məlumat verib.
Nazir bildirib ki, İzmir Vəkillər Kollegiyasında qeydiyyatda olan xanım vəkil sosial şəbəkələrdəki paylaşımları ilə vəkillik peşəsinin ləyaqətinə yaraşmayan davranış nümayiş etdirərək intizam pozuntusuna yol verib.
Vəkil barəsində İzmir Respublika Baş Prokurorluğu tərəfindən istintaq başladılıb.
Nazir, həmçinin vəkillərə peşənin nüfuzuna xələl gətirəcək rəftar və davranışlardan çəkinmək barədə xəbərdarlıq edib.
Şəbnəm Mehdizadə