Efiopiyada miqrantları daşıyan yük maşını aşıb: 22 nəfər ölüb, 65 nəfər yaralanıb


  • 7 Yanvar 11:31

Efiopiyanın Afar bölgəsinin paytaxtı Samarada miqrantları daşıyan yük maşını aşıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində 22 nəfər ölüb, 65 nəfər yaralanıb.

Yaralılardan 30 nəfərin vəziyyəti ağırdır.

Miqrantların Efiopiya üzərindən Yəmənə getmək, oradan da Səudiyyə Ərəbistanı vasitəsilə digər Yaxın Şərq ölkələrinə gedəcəkləri bildirilib.

Sözügedən yol ən təhlükəli miqrasiya yolu hesab olunur.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər