- 13:38
Rusiyanın Penza vilayətinin Lunino kəndində fərdi yaşayış evində güclü yanğın baş verib.
E-huquq.az xəbər verir ki, bu barədə region üzrə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Məlumata görə, yanğın nəticəsində 3 nəfər həyatını itirib.
İlkin ehtimallara görə, yanğına səbəb siqaretlə ehtiyyatsız davranış olub.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 109-cu maddəsinin 3-cü hissəsi (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi açıb.
Humay Eminqızı