Rubio ABŞ-nin Qrenlandiyada hərbi əməliyyat keçirmə ehtimalını istisna edib


  • 7 Yanvar 12:58

Fransanın xarici işlər naziri Jan-Noel Barrot bəyan edib ki, ABŞ dövlət katibi Marko Rubio onunla söhbətində Amerikanın Qrenlandiyada hərbi əməliyyat keçirməsi ehtimalını istisna edib.

E-huquq.az xəbər verir ki, bu barədə Barrot “France Inter” radiosuna müsahibəində bildirib.

O bildirib ki, Rubio bunun ABŞ üçün seçilmiş kurs olmadığını təsdiqləyib: “O, yenicə Venesuelada baş verənlərin Qrenlandiyada baş verə biləcəyi ehtimalını istisna etdi ”

Fransa xarici işlər naziri bir NATO ölkəsinin digərinə hücumunun mənasız olacağını bildirərək bunun ABŞ-nin maraqlarına zidd olacağını deyib.

Humay Eminqızı

Oxşar xəbərlər