Avropada güclü qara görə yüzlərlə uçuş ləğv edilib


  • 7 Yanvar 16:56

Avropanın bir çox hava limanında qar və fırtınaya görə yüzlərlə uçuş ləğv edilib və gecikib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, həftənin əvvəlindən Avropaya yağan qar və güclü külək hava nəqliyyatında ləngimələrə səbəb olub.

Amsterdam Schiphol Hava Limanı (AMS) hazırda Avropada ən çox uçuş ləğvi və gecikmələrlə üzləşən hava limanıdır.

Hava limanından qalxan uçuş reyslərinin 60%-i (346 reys) ləğv edilib, 11%-i (63 reys) təxirə salınıb.

Gələn reyslərin isə 58%-i (333 reys) ləğv edilib, 10%-i (55 reys) isə gecikdirilib.

Beləliklə təkcə Amsterdam Schiphol hava limanında ümumilikdə 679 reys ləğv edilib.

Parisin Şarl de Qoll hava limanında 65 uçuş reysi ləğv edilib, 200-dən çox reys gecikib. Gələn 64 reys ləğv edilib, 133-ü isə gecikib.

Londonun Hitrou hava limanında yola düşən 22 reys ləğv edilib, 121-i isə gecikib. Gələn 23 reys ləğv edilib, 43-ü isə gecikib.

Brüssel hava limanında ümumilikdə 37 reys (20 gediş və 17 gəliş) ləğv edilib, 116 reys isə gecikib.

Sürix hava limanında cəmi 23 reys (həm gediş, həm də gəliş), Münhen hava limanında 16, Madrid Barajas beynəlxalq hava limanında 19 və Frankfurt hava limanında 13 reys təxirə salınıb, yüzlərlə reys gecikmələrlə üzləşib.

Sərnişinlərə uçuşların vəziyyətini diqqətlə izləmələri və hava limanlarına daha tez çatmaları tövsiyə olunub.

Gündə orta hesabla 1444 uçuş həyata keçirən və Avropanın ən işlək hava limanı olan İstanbul Hava Limanında isə uçuşlarda heç bir problem yaşanmır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər