Məzmuna keç

İsrail Livana növbəti dəfə zərbələr endirib

İsrail ordusu Livanın cənubuna yeni hücumlar təşkil edib.

E-huquq.az Livanın rəsmi xəbər agentliyi NNA-ya istinadən xəbər verir ki, İsrailə məxsus pilotsuz təyyarə Bint Cbeil bölgəsindəki Ayta əş-Şaabın Əbu Lebban məhəlləsində buldozeri hədəfə alıb.

Bundan əlavə, İsrail hərbi birləşməsi Həyyamın qərbindəki Bab əl-Səniyyə bölgəsində üç mərtəbəli binanı partladıb.

Həmçinin Nəbatiyyə bölgəsi üzərində pilotsuz təyyarələrin uçuşlarının intensivləşdiyi bildirilib.

Şəbnəm Mehdizadə