- 16:01
Cənubi Avstraliyada son illərin ən isti günü qeydə alınıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Avstraliyanın cənubunun bir çox bölgələrində temperatur 40 dərəcəni keçib.
Melburnda havanın temperaturu 41 dərəcəyə çatıb ki, bu da son altı ilin ən yüksək həddi olub.
Adelaidada isə temperatur 43 dərəcəyə yüksəlib.
Paytaxt Kanberrada havanın temperaturu 37 dərəcə olub.
İsti havanın yaxın günlərdə də davam edəcəyi, həftəsonu Sidneydə temperaturun pik həddə çatacağı gözlənilir.
Hökumət meşə yanğınları riski ilə bağlı əhaliyə xəbərdarlıq edib.
Şəbnəm Mehdizadə