Hələbdə toqquşmalar zamanı beş nəfər öldü, 30-dan çox insan xəsarət aldı


  • 8 Yanvar 00:49

"Suriya Demokratik Qüvvələri" (SDQ) tərəfindən Hələbə qarşı həyata keçirilən artilleriya hücumları nəticəsində ölənlərin sayı beşə çatıb, daha 31 nəfər yaralanıb.

E-huquq.az xəbər verir ki, bunu "Al-Ikhbariya" telekanalı tibbi mənbəyə istinadən məlumat yayıb.

Suriya Daxili İşlər Nazirliyinin məlumatına əsasən, hücum nəticəsində azı üç təhlükəsizlik əməkdaşı yaralanıb. SDQ qüvvələri Şeyx-Məqsud və Əşrəfiya məhəllələrindən mülki şəxslərin təxliyəsini müşayiət edən döyüşçülərin bölməsinə hücum ediblər.

Qeyd olunur ki, Suriya Mülki Müdafiə Xidməti toqquşmaların baş verdiyi rayonlardan 3 mindən çox sakini təxliyə edib.

Xatırladaq ki, Suriyanın paytaxtının şimalında vəziyyət yanvarın 6-da gərginləşib. Həmin gün SDQ pilotsuz uçuş aparatlarının köməyi ilə hökumət qüvvələrinin mövqelərinə hücum edib. Hücum zamanı 4 nəfər ölüb, 15 nəfər isə yaralanıb.

Mənbə: Report

Oxşar xəbərlər