İzmirdə 10 qanunsuz miqrant saxlanılıb


  • 8 Yanvar 11:13

Türkiyənin İzmir şəhərində 10 qanunsuz miqrant saxlanılıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə məlumat Sahil Mühafizəsi Komandanlığının internet saytında yer alır.

Məlumata görə, İzmirin Foça rayonunda quruda bir qrup qanunsuz miqrant aşkar edilib.

Əraziyə Sahil Mühafizəsinin əməkdaşları və Jandarma Komandanlığının şəxsi heyəti göndərilib.

Qruplar 10 qeyri-qanuni miqrantı və insan alveri ilə məşğul olduğu güman edilən 3 şübhəlini saxlayıblar.

Qeyri-qanuni miqrantlar Miqrasiya İdarəsinə göndərilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər