- 00:44
Türkiyənin Sakarya şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Anadolu magistralının Sakarya hissəsində minik avtomobili ilə mikroavtobus toqquşub.
Qəza nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
Toqquşmanın gücündən mikroavtobus aşıb.
Əraziyə jandarma, xilasetmə və tibb qrupları sövq edilib.
Yaralılar təcili tibbi yardım maşını ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Şəbnəm Mehdizadə