ABŞ-də kilsənin dayanacağında silahlı insidentdə 2 nəfər ölüb


  • 8 Yanvar 11:23

ABŞ-nin Yuta ştatının Solt Leyk Siti şəhərində kilsənin dayanacağında silahlı insident olub.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, polis Glen Mills hadisənin təxminən saat 19:30 radələrində baş verdiyini bildirib.

"İlkin araşdırmalar göstərir ki, atışma dayanacaqda mübahisədən sonra baş verib. 2 nəfər hadisə yerində ölüb. 6 nəfər xəsarət alaraq xəstəxanaya çatdırılıb. Onlardan üçünün vəziyyəti ağırdır" -deyə polis rəsmisi əlavə edib.

Hadisəni törədənlər avtomobillə hadisə yerindən qaçıblar.

Polis şübhəlilərin tutulması üçün genişmiqyaslı axtarışlara başlayıb.

Hadisədən sonra Redwood Yolu hər iki istiqamətdə nəqliyyatın hərəkətinə bağlanıb, əraziyə onlarla təcili yardım maşını göndərilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər