- 00:44
İranda iqtisadi problemlər səbəbindən başlayan etirazlarda ölənlərin sayı 38-ə yüksəlib.
E-huquq.az İran mətbuatına istinadən xəbər verir ki, ölkənin 31 vilayətində 11 gündür davam edən nümayişlərdə 34 etirazçı və 4 təhlükəsizlik qüvvələrinin üzvü həlak olub.
Ümumilikdə ölkə üzrə 348 yerdə keçirilən nümayişlərdə onlarla insan yaralanıb, 2217 nəfər saxlanılıb.
İran hakimiyyəti etirazlarda ölən və yaralananların sayı ilə bağlı rəsmi açıqlama verməyib.
Qeyd edək ki, dekabrın 28-də İranın yerli valyutasının xarici valyutalara qarşı kəskin devalvasiyası və iqtisadi problemlərlə bağlı etirazlar başlayıb.
Şəbnəm Mehdizadə