"ChatGPT"dən məsləhət istədi, həyatını itirdi


  • 8 Yanvar 11:35

ABŞ-nin Kaliforniya ştatında yaşayan 19 yaşlı tələbə süni intellekt əsaslı "ChatGPT" platformasından aldığı təhlükəli məsləhətlərdən sonra həyatını itirib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, tələbənin anası Layla Turner-Scottun 18 aylıq yazışma tarixçəsini paylaşıb.

Paylaşıma görə, süni intellekt sistemi Nelsonu müxtəlif maddələri bir-biri ilə qarışdırmağa yönləndirib və bu hərəkətlərin "təhlükəsiz" olduğu təəssüratını yaradıb.

Yazışmalar göstərir ki, "ChatGPT" maddə istifadəsi ilə bağlı son dərəcə riskli tövsiyələr verib. Belə ki, Nelson opioidə bənzər təsirlərə malik olan kratom maddəsini narahatlıq əleyhinə istifadə edilən dərman ilə birləşdirmək barəsində süni intellektdən məsləhət alıb. Süni intellekt botu onun artıq 15 qram kratom qəbul etdiyini nəzərə alaraq, ürəkbulanmanı azaltmaq məqsədilə dərmandan istifadə etməyi təklif edib və konkret doza ilə bağlı tövsiyələr verib.

Mayın 26-da baş tutan başqa bir yazışmada isə bot dozanın ikiqat artırılmasını məsləhət görüb.

Sam Nelson mayın 31-də anası tərəfindən yataq otağında ölü halda tapılıb. Hadisədən iki həftə sonra açıqlanan toksikoloji rəy ölüm səbəbinin spirt və dərmanların birləşməsi olduğunu təsdiqləyib. Mütəxəssislərin rəyinə görə, bu maddələr mərkəzi sinir sistemini kəskin şəkildə sıxışdıraraq boğulmaya səbəb olub.

Tələbənin anası bildirib ki, oğlunun ölüm səbəblərini anlamaq üçün onun təxminən 40 saatlıq internet tarixçəsini araşdırıb.

"OpenAI" şirkəti hadisə ilə açıqlama yayaraq ailəyə başsağlığı verib.

Hadisə süni intellekt sistemlərinin tdərman istifadəsi ilə bağlı mövzularda verdiyi məlumatların riskləri barədə müzakirələri yenidən gündəmə gətirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər