Konservləşdirilmiş qidalar xərçəng və diabet riskini artırır - ARAŞDIRMA


  • 8 Yanvar 12:06

Fransada aparılan iki yeni araşdırmaya görə konservləşdirilmiş qidalar xərçəng və diabet riskini artırır.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, tədqiqatda 170 000-dən çox iştirakçının məlumatları təhlil edilib.

Məlum olub ki, bu qidaların tərkibində olan maddələr xüsusilə prostat və süd vəzi xərçəngi riskini artırır.

İkinci tədqiqata görə, konservantlardan çox istifadə fərdlərin dah az istehlak edənlərlə müqayisədə diabet riski təxminən 50 faiz daha yüksəkdir.

Kalium sorbat, natrium nitrit, sirkə turşusu kimi xərçənglə əlaqəli maddələrin, həmçinin kalsium propionatın diabet riskini artırdığı da müəyyən edilib.

Bundan əlavə, C və E vitaminləri kimi antioksidantları təbii qidalardan almaq əvəzinə əlavə olaraq təcrid olunmuş formada istehlak etməyin metabolik proseslərə zərər verə biləcəyi fərziyyəsi hesab edilir.

Tədqiqatçılar bu nəticələrin müşahidə xarakteri daşıdığını və qəti səbəb-nəticə əlaqəsi yaratmaq üçün əlavə tədqiqatlara ehtiyac olduğunu vurğulayırlar.

Mütəxəssislər iddia edirlər ki, istehlakçıları qorumaq üçün qida sənayesində istifadə edilən əlavələrlə bağlı qaydalara yenidən baxılmalıdır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər