- 00:44
Qazaxıstanlı aktyor Murat Bisenbin 54 yaşında vəfat edib.
E-huquq.az xəbər verir ki, bu barədə onun qızı Diana Bulatova məlumat yayıb.
Qeyd edək ki, 2024-cü ildə Qazaxıstan mətbuatı aktyorun xərçəng xəstəliyinə tutulduğunu, 2025-ci ilin dekabrında isə Bulatova bir neçə dəfə sosial şəbəkədə atasının insult keçirərək xəstəxanaya yerləşdirildiyini yazıb.
Xatırladaq ki, Bisenbin 11 oktyabr 1972-ci ildə Qızılordada anadan olub.
Humay Eminqızı