- 00:44
ABŞ Atlantik okeanında Rusiyanın "Mariner" neft tankerini ələ keçirməklə beynəlxalq hüququ ciddi şəkildə pozub.
E-huquq.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq bildirib.
"Bu, beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır. Çin davamlı olaraq BMT Nizamnaməsini və prinsiplərini pozan istənilən hərəkətə qarşıdır".
Mao Ning Rusiyanın suverenliyinə və təhlükəsizliyinə qəsdlərin qəbuledilməzliyini vurğulayıb.
Humay Eminqızı