- 00:44
Suriya Hələb şəhərində təhlükəsizliyi təmin etmək üçün antiterror əməliyyatı keçirir.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat verib.
“Terrоrçu təşkilatın dinc əhaliyə və təhlükəsizlik qüvvələrinə hücumundan sonra, nəticədə 4 nəfər həlak olub, 18 nəfər yaralanıb, Suriya hökuməti ictimai asayişin və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Hələbdə antiterror əməliyyatına başlayıb”, - məlumatda bildirilib.
Antiterror əməliyyatı hələki yalnız Suriya Silahlı Qüvvələri tərəfindən həyata keçirilir. Lakin bildirilib ki, Türkiyə müvafiq sorğu aldıqdan sonra Suriya hakimiyyətinə terrorla mübarizə əməliyyatının aparılmasında dəstək verməyə hazırdır.
Humay Eminqızı