- 10:26
Macarıstan Ukraynanın 20 maddədən ibarət sülh planını əsassız hesab edir.
E-huquq.az xəbər verir ki, bunu Macarıstanın baş nazirinin aparatının rəhbəri Gergely Gulyas bildirib.
Səbəb bu planın Ukraynanın Avropa İttifaqına üzvlüyünü və Qərb ölkələri tərəfindən bərpa üçün ona 800 milyard dollar ayrılmasını nəzərdə tutmasıdır.
"Macarıstanın qəti mövqeyi ondan ibarətdir ki, Ukraynada sülh bərqərar olmalıdır, lakin Ukraynanın hazırda Aİ-də yeri yoxdur", - Gergely bildirib.
O əlavə edib ki, Kiyevdəki mövcud rəhbərliyin planları onun Avropanın hesabına yaşamaq istədiyini göstərir, lakin Ukraynadakı pensiyalar və maaşlar macar vergiödəyicilərinin vəsaiti hesabına ödənilməməlidir.
“Macarıstan hökuməti təmin edir ki, biz Ukraynanı maliyyələşdirməyəcəyik”, - G. Gergely bildirib.
Humay Eminqızı