İsrail Livanın “Hizbullah”ı tərksilah etmək səylərini yetərsiz hesab edir


  • 8 Yanvar 15:50

İsrail Livan hakimiyyətinin “Hizbullah”ı tərksilah edilməsi istiqamətində gördüyü tədbirləri yetərsiz hesab edir.

E-huquq.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Binyamin Netanyahunun ofisinin bəyanatında deyilir.

Bildirilir ki, Livan hökuməti və Livan silahlı qüvvələri tərəfindən bu istiqamətdə atılan addımlar ümidverici bir başlanğıcdır, lakin İranın dəstəyi ilə “Hizbullah”ın yenidən silahlanmağa və terrorçu infrastrukturunu bərpa etməyə cəhd etməsi bu səylərin kifayət qədər olmadığını göstərir.

İsrail tərəfi vurğulayır ki, ABŞ-nin vasitəçiliyi ilə yəhudi dövləti ilə ərəb respublikası arasında əldə olunmuş atəşkəs razılaşmasında “Hizbullah”ın tam şəkildə tərksilah edilməsi açıq şəkildə qeyd olunub.

Netanyahunun bəyanatında qeyd edilib ki, bu, İsrailin təhlükəsizliyi və Livanın gələcəyi üçün son dərəcə vacibdir.

Humay Eminqızı

Oxşar xəbərlər