BMT ABŞ-ın Venesuelada keçirdiyi hərbi əməliyyat nəticəsində ölənlərin sayından narahatdır


  • 8 Yanvar 22:57

BMT ABŞ-ın Venesuelada keçirdiyi hərbi əməliyyat nəticəsində həlak olanların sayından narahatlığını ifadə edib.

E-huquq.az xəbər verir ki bu barədə təşkilatın baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə bildirib.

Onun sözlərinə görə, səsləndirilən rəqəmlər ciddi narahatlıq doğurur.

Qeyd edək ki, yanvarın 7-də Venesuelanın vətəndaş təhlükəsizliyi üzrə vitse-prezidenti, daxili işlər, ədliyyə və sülh məsələləri naziri Diosdado Kabelyo ABŞ-ın silahlı hücumu nəticəsində azı 100 nəfərin həlak olduğunu açıqlayıb.

Oxşar xəbərlər