- 9 Yanvar 23:12
Türkiyənin Aydın şəhərində bədbəxt hadisə baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Aydının Kuşadası rayonunda şiddətli fırtına zamanı bir otelə məxsus estakadada işləyən işləyən 3 fəhlə dənizə düşüb.
Nəhəng dalğalar səbəbindən işçilər sudan çıxmaqda çətinlik çəkib.
Fəhlələrdən ikisi ətrafdakıların köməkliyi ilə sudan çıxarılıb.
Digər fəhlə Mustafa Dağın cəsədi bir müddət sonra sahilə çıxıb.
Vəziyyətləri ağır olan iki nəfər təcili yardımla Kuşadası Dövlət Xəstəxanasına aparılıb.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Şəbnəm Mehdizadə