ABŞ-də qəbiristanlıqdan oğurladığı insan sümüklərini evində gizlədən şəxs həbs olunub


  • 9 Yanvar 10:26

ABŞ-nin Pensilvaniya ştatında 34 yaşlı şəxsin evinin zirzəmisindən 100-dən çox insan kəlləsi və çoxsaylı sümüklər aşkarlanıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Jonathan Gerlach Filadelfiya və Yeadon sərhəddində yerləşən tarixi Moriah qəbiristanlığında iki azyaşlı uşağın qalıqlarını, üç kəllə və digər müxtəlif sümükləri oğurlamağa çalışarkən saxlanılıb.

Polisə verdiyi ilkin ifadəsində şübhəli qəbiristanlıqdan təxminən 30 insan qalığını oğurladığını etiraf edib.

Jonathan Gerlacha qarşı oğurluq, cəsədi təhqir etmə, qəbirlərə hörmətsizlik və ərazini pozma daxil olmaqla ümumilikdə 574 ittiham irəli sürülüb.

İstintaq qrupu Gerlachın internetdə topladığı sümükləri satıb-satmadığını və ya müəyyən bir ritual üçün istifadə etdiyini araşdırır.

Zirzəmidə tapılan qalıqlar arasında 100-dən çox kəllə, həmçinin mumiyalanmış əl və ayaqlar, çürümüş iki insan gövdəsi və körpə sümükləri var. Bəzi sümüklərin rəflərdə nümayiş olunduğu, digərlərinin isə tavandan asıldığı bildirilir. Tapılan qalıqların bəzilərinin 200 yaşında olduğu, digərlərinin isə bu yaxınlarda vəfat etdiyi bildirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər