Külək binanın divarını uçurdu, 1 nəfər öldü


  • 9 Yanvar 10:40

Türkiyənin Bursa şəhərində güclü külək bir nəfərin ölümünə səbəb olub.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Bursanın Kestel rayonunda güclü külək nəticəsində tərk edilmiş binanın divarının uçub.

Hadisə nəticəsində bir nəfər dağıntılar altında qalıb.

Hadisə yerinə tibb və polis qrupları cəlb edilib.

Tibb qrupları dağıntılar altında qalan 1 nəfərin öldüyünü müəyyən edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər