- 9 Yanvar 23:12
Venesuelada siyasi məhbuslar da daxil olmaqla xeyli sayda şəxs həbsdən azad edilib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Venesuela parlamentinin spikeri Xorxe Rodriges dövlət televiziyasında çıxışı zamanı bildirib.
Rodriges konstitusiyada göstərilən qaydalara əməl edən siyasi partiyalar və vətəndaş cəmiyyəti təşkilatları ilə dialoqa hər zaman açıq olduqlarını, ölkədə sülhün möhkəmləndirilməsi üçün səylərini davam etdirəcəklərini bildirib.
Venesuelanın baş prokuroru Tarek Vilyam Saab çox sayda məhbusun azad edilməsi ilə bağlı verdiyi açıqlamada prosesin ölkənin ədliyyə sisteminə uyğun aparıldığını bildirib.
Rəsmilər indiyədək Venesuelada azad edilənlərin sayı ilə bağlı dəqiq rəqəmi açıqlamayıb.
Foro Penal vətəndaş cəmiyyəti təşkilatının son açıqlamasına görə, ölkədə 863 siyasi məhbus var, onlardan 86-nın ikili vətəndaşlığı var.
Şəbnəm Mehdizadə