Şotlandiyada minlərlə dəniz ulduzu tələf olub


  • 9 Yanvar 10:55

Şotlandiyanın paytaxtı Edinburqun Granton bölgəsində minlərlə dəniz ulduzu tələf olub.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, çimərliyə üzməyə gedən sakinlər sahilə çıxmış çoxsaylı dəniz canlıları ilə qarşılaşıblar.

Mütəxəssislərin sözlərinə görə, hadisənin dəqiq səbəbi hələlik məlum deyil və araşdırma aparılmalıdır.

Dəniz bioloqları bildirirlər ki, fırtınalı hava şəraiti və temperaturun qəfil dəyişməsi bu cür kütləvi ölümlərə səbəb ola bilər.

Qeyd olunur ki, güclü tufanlar dəniz ulduzlarını dənizin dibindən qopararaq sahilə sürükləyir. Sahildə açıq havada qalan canlılar isə qısa müddət ərzində tələf olur.

Oxşar hadisələr ötən ilin sentyabr ayında Şotlandiyanın digər bir çimərliyində, dekabr ayında isə İngiltərənin Kent bölgəsində yerləşən Margate çimərliyində qeydə alınıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər