İranda etirazlara görə internet tamamilə kəsilib


  • 9 Yanvar 11:29

İranda etirazlara görə internet kəsilib.

E-huquq.az İran mətbuatına istinadən xəbər verir ki, ölkədə iqtisadi vəziyyətə qarşı etirazlar bütün ölkəyə yayılır.

Dünən gecədən etibarən bütün İranda internet tamamilə kəsilib.

İran prezidenti Məsud Pazeşkian etirazçılara qarşı maksimum təmkinli olmağa çağırıb və dialoqun vacibliyini vurğulayıb.

ABŞ prezidenti Donald Tramp İran etirazlarında çox böyük izdihamın toplaşdığını bildirib.

Etirazlarda insanların həyatını itirdiyini qeyd edən Tramp, bu cür hərəkətlərin davam edəcəyi təqdirdə İranın ağır bədəl ödəyəcəyini söyləyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər