23.10.2026
Hondurasda parlament üzvünə partlayıcı qurğu atılıb
Dünya

Hondurasda parlament üzvünə partlayıcı qurğu atılıb

Yan 9, 2026

Hondurasın paytaxtı Tequsiqalpada deputat Qledis Aurora Lopez hücuma məruz qalıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, parlamentari jurnalistlərə açıqlama vermək üçün kamera qarşısına keçib.

Bu zaman binanın kənarından parlamentə tərəf partlayıcı qurğu atılıb.

Partlayıcı Lopezin başına dəyib və onu ağır yaralayıb.

Hadisə jurnalistlərin kamerasına düşüb.

Yerli meydanın yaydığı məlumata görə, partlayıcı Lopezin kürəyinə və boynuna dəyib.

Parlament üzvü müalicə üçün xəstəxanaya aparılıb.

Şəbnəm Mehdizadə