- 9 Yanvar 23:12
ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin sülh sazişi bağlamağa hazır olduğunu düşünür.
E-huquq.az xəbər verir ki, o, bunu "The New York Times" qəzetinə verdiyi müsahibədə deyib.
Trampın sözlərinə görə, danışıqlar prosesi hər iki tərəfin mövqeləri səbəbindən dəfələrlə dalana dirənib. O iddia edir ki, müəyyən məqamlarda Kreml razılaşmalara hazır olub, lakin Ukrayna prezidenti Volodimir Zelenski guya sazişdən imtina edib.
Eyni zamanda ABŞ lideri hazırda hər iki tərəfin razılaşma əldə olunmasında maraqlı ola biləcəyini düşündüyünü bildirib: "Məncə, indi onların hər ikisi saziş bağlamaq istəyir, amma bunu hələ görəcəyik".
Tramp həmçinin müharibənin mümkün başa çatma tarixləri ilə bağlı hər hansı müddət açıqlamaqdan imtina edib və sülhə nail olmaq üçün açıq şəkildə son tarixlər səsləndirmək kimi əvvəlki praktikasından geri çəkilib.
O, Rusiyanın atəşkəs rejiminə müqavimət göstərməyə davam edəcəyi təqdirdə Amerikanın Ukraynaya yardımını artırmağa hazır olmadığını bildirib.
Humay Eminqızı