Məşhur restoranın aşpazı taksi sürücülərinə qarşı soyğunçuluq etdi


  • 9 Yanvar 11:29

Bakıda taksi sürücülərinə qarşı soyğunçuluq edən şəxs saxlanılıb.

E-huquq.az-ın məlumatına görə, 2008-ci il təvəllüdlü Cavid Həsənov (şərti ad-soyad) Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində taksi xidməti göstərən “Toyota Fielder” markalı avtomobilə sərnişin kimi əyləşib. Onlar Bakı şəhəri, Sabunçu rayonu, Xəstəxanayani küçəsinə gediblər. C.Həsənov avtomobildən düşəndə sürücünün telefonunu götürərək qaçıb.

Bundan sonra, o, başqa bir soyğunçuluq hadisəsi törədib. Belə ki, Bakı şəhəri, Binəqədi rayonu yaxınlığında yerləşən Beynəlxalq Avtovağzalın yaxınlığında taksi fəaliyyəti ilə məşğul olan şəxsin idarə etdiyi “Toyota Prius” markalı avtomobilə sərnişin kimi əyləşib. Onlar Sabunçu rayonu, Şəhər Şossesi istiqamətində hərəkət ediblər. C.Həsənov bu dəfə də sürücünün mobil telefonunu qəflətən alıb və avtomobildən düşüb.

O, həmin telefonları “Lalafo” saytında elan yerləşdirərək satıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə cinayət işi başlanılıb.

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə, C.Həsənov barəsində 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Onun cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, 2 il sınaq müddəti ilə şərti hesab edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxs “Xaçapuri Baku” restoranında aşpaz işləyirmiş.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər