Türkiyədə vəkil iş otağında qətlə yetirilib


  • 9 Yanvar 11:51

Türkiyənin Yalova şəhərində tanınmış vəkil Zekeriya Polat qətlə yetirilib.

E-huquq.az “Hukukihaber.net”ə istinadən xəbər verir ki, təqaüdü ləğv edilən H.H. Yalova Sosial Müdafiə Təşkilatının (SGK) vəkili Zekeriya Polatla görüşmək üçün onun iş yerinə gedib.

Daha sonra həmin şəxs vəkilə silahdan atəş açıb.

Ağır yaralanan vəkil xəstəxanada dünyasını dəyişib.

Hadisəni törədən şəxs polisə təslim olub.

Ədliyyə naziri Yılmaz Tunç vəkilin vəfatı ilə bağlı onun yaxınlarına başsağlığı verib.

Türkiyə Vəkillər Kollegiyası isə hüquq müdafiəçilərinə qarşı hücumların qəbul edilməz olduğunu vurğulayıb.

Kollegiya belə hadisələrin qarşısının alınması üçün daha sərt tədbirlərin görülməsini tələb edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər