Tramp “Marinera” tankerinin ekipaj üzvlərini azad edib


  • 9 Yanvar 15:11

ABŞ Prezidenti Donald Tramp “Marinera” tankerinin ekipajında olan iki Rusiya vətəndaşının azad edilməsi barədə qərar qəbul edib.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

“Bizim müraciətimizə cavab olaraq ABŞ Prezidenti Tramp Şimali Atlantikada aparılan əməliyyat zamanı Amerika tərəfindən əvvəllər ələ keçirilmiş “Marinera” tankerinin ekipajından olan iki Rusiya vətəndaşının azad edilməsi barədə qərar qəbul edib”, - Zaxarova bildirib.

Moskva bu addıma görə minnətdarlığını bildirib.

“Rusiya tərəfi vətəndaşlarının mümkün qədər tez qayıtmasının təmin edilməsi ilə bağlı bütün məsələlərin təcili praktiki işlənməsinə başlayır”- XİN rəsmisi deyib.

Humay Emimqızı

Oxşar xəbərlər