- 9 Yanvar 23:12
İsrail hərbçiləri Qəzza zolağına bir neçə zərbələr endiriblər.
E-huquq.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, zərbələr Fələstin anklavı tərəfindən İsrail istiqamətində 8 yanvar tarixində raket atəşinə cəhd etməsimə cavab olaraq həyata keçirilib.
Cavab olaraq, Fələstinin HƏMAS hərəkatına mənsub silahlı radikallara və bu hərəkatın hərbi infrastrukturuna aid bir sıra obyektlərə dəqiq zərbələr endirilib.
İsrail tərəfinin fikrincə, Qəzza zolağı tərəfindən hücum atəşkəs razılaşmasının pozulması deməkdir.
Humay Eminqızı