Qəzzada ölənlərin sayı açıqlandı


  • 9 Yanvar 16:37

İsrail ordusunun Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı son 24 saatda 14 nəfər artaraq 71 409 nəfərə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

Açıqlamada son 24 saatda 17 yaralının xəstəxanalara çatdırıldığı bildirilib.

Atəşkəsin qüvvəyə mindiyi vaxtdan etibarən 439 dinc sakin həyatını itirib, 1223 nəfər yaralanıb, dağıntılar altından 688 cəsəd çıxarılıb.

Qeyd edək ki, İsrailin Qəzza zolağına hücumları başladığı 2023-cü ilin oktyabr ayından bu yana ölənlərin ümumi sayı 71 409, yaralı isə 171 304 nəfərdir.

Humay Eminqızı

Oxşar xəbərlər