- 11 Yanvar 23:51
İranın Böyük Britaniyadakı səfirliyinə hücum edənlərdən ikisi həbs olunub.
E-huquq.az xəbər verir ki, onlardan birinə icazəsiz giriş və polis məmuruna hücum, digərinə qarşı isə icazəsiz giriş ittihamı irəli sürülüb.
Böyük Britaniyanın hüquq-mühafizə orqanları icazəsiz giriş şübhəsi ilə başqa bir şəxsin müəyyən edilib təqib olunduğunu və səfirliyin təhlükəsizliyini təmin etmək üçün məmurların ərazidə qalacağını bildirib.
Qeyd edək ki, yanvarın 10-da Londonda etirazçılardan biri İran səfirliyinin binası üzərindəki bayrağı endirib.