Məzmuna keç

İstanbulda qeyri-sabit hava şəraiti ilə əlaqədar məktəblərdə tətil elan edildi

İstanbulda əlverişsiz hava şəraiti səbəbilə sabah şəhər üzrə bütün təhsil müəssisələrində tədrisə bir gün fasilə verilib.

E-huquq.az xəbər verir ki, bu barədə İstanbul valiliyi məlumat yayıb.

Qeyd edək ki, sabahdan etibarən Kahramanmaraş və Tunceli vilayətlərində də qarlı hava şəraiti ilə əlaqədar məktəblərdə iki günlük tətil elan olunub.