KİV: ABŞ İrana qoşun göndərməyi planlaşdırmır


  • 11 Yanvar 23:18

ABŞ prezidenti Donald Tramp İrana qoşun göndərməyi düşünmür.

E-huquq.az xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ administrasiyasının adı açıqlanmayan rəsmisi İrandakı quru əməliyyatlarının ABŞ liderinin araşdırdığı variantlar arasında olmadığını deyib.

Ağ Evdə Tehrana qarşı güc tətbiq etmək üçün bəzi variantlar müzakirə olunsa da, Vaşinqton bu ölkəyə qarşı hücumların əks nəticə verə biləcəyindən narahatdır.

Mənbə: APA

Oxşar xəbərlər