- 12:02
Türkiyənin 16 vilayətində FETÖ terror təşkilatına qarşı əməliyyat keçirilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Naziri Ali Yerlikaya məlumat verib.
Nazir bildirib ki, mərkəzi İstanbul, Ankara, İzmir, Diyarbəkir və Balıkesirdə olmaqla 16 vilayətdə terror təşkilatına qarşı eyni vaxtda keçirilən əməliyyatlarda aralarında dövlət məmurlarının da olduğu 81 şübhəli saxlanılıb.
Şəbnəm Mehdizadə