Bursada oteldə güclü yanğın baş verib, 8 nəfər tüstüdən zəhərlənib


  • 10:14

Türkiyənin Bursa şəhərində oteldə yanğın hadisəsi baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Bursanın Nilüfer rayonunda yerləşən 5 mərtəbəli otelin zirzəmisində naməlum səbəbdən yanğın başlayıb.

Oteldə qalan yerli və əcnəbi qonaqlar hadisə barədə məlumat veriblər.

Hadisə yerinə çoxlu sayda polis, yanğınsöndürən və tibbi briqadalar göndərilib.

Qrupların müdaxiləsi sayəsində alov yayılmadan söndürülüb.

Tüstüdən zəhərlənən 8 nəfər Bursa Uludağ Universiteti Xəstəxanasına aparılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər