Nigeriyada yük maşını izdihama çırpılıb, 12 nəfər ölüb


  • 11:33

Nigeriyanın paytaxtı Abuja yaxınlığında, Qada-Biyu kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, yük maşınının sürücüsü idarəetməni itirərək izdihama çırpılıb.

Hadisə nəticəsində ən azı 12 nəfər həyatını itirib, bir çox insan isə yaralanıb.

Yaralılardan bəzilərinin vəziyyəti ağırdır və ölənlərin sayının artacağı istisna edilmir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər