- 13:32
Türkiyənin Mersin şəhərində təkrar emal fabrikində yanğın hadisəsi baş verib.
E-huquq.az Türkiyə KİV-əə istinadən xəbər verir ki, Mersinin Toroslar rayonunda yerləşən fabrikinin anbarında yanğın başlayıb,
Hadisə yerinə yanğınsöndürən, tibb və polis qrupları göndərilib.
Yanğınsöndürənlərin səyi nəticəsində nəzarət altına alınıb.
Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.
Ərazidə soyutma əməliyyatları davam edir.
Şəbnəm Mehdizadə