Tramp: “Biz Qrenlandiyanı ələ keçirməsək, bunu Rusiya və ya Çin edəcək”


  • 13:26

ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanın ələ keçirilməsi planlarını təsdiqləyib.

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, Tramp bildirib ki, əgər ABŞ Qrenlandiyanı ələ keçirməzsə, bunu Rusiya və ya Çin edəcək.

"Mən bunun baş verməsinə imkan vermərəm", - deyə o vurğulayıb.

ABŞ prezidentinin sözlərinə görə, o, diplomatik yolla hərəkət etmək və razılaşma əldə etmək istəyir: "Amma hər halda, Qrenlandiya bizim olacaq".

"Mən NATO-nu sevirəm. Sadəcə maraqlıdır, əgər bizə NATO lazım olarsa, onlar yanımızda olacaqlarmı? Bilirsiniz, biz NATO-ya çox pul xərcləyirik və mən əmin deyiləm ki, onlar yanımızda olacaqlar", - deyə Tramp qeyd edib.

Humay Eminqızı

Oxşar xəbərlər