- 14:57
ABŞ Arktikada öz maraqlarına haqq qazandırmaq üçün Rusiya və ya Çindən istifadə etməməlidir.
E-huquq.az xəbər verir ki, bu xəbərdarlıqla Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq çıxış edib.
O vurğulayıb ki, Arktika beynəlxalq ictimaiyyətin ümumi maraqlarına toxunur.
"Çinin Arktikadakı fəaliyyəti regionda sülhün, sabitliyin və davamlı inkişafın möhkəmlənməsinə töhfə verir və beynəlxalq hüquqa uyğundur",- XİN rəsmisi bildirib.
Xatırladaq ki, Tramp daha əvvəl bildirmişdi ki, Qrenlandiya Vaşinqtonun nəzarəti altında olmasa, guya orada Rusiya və ya Çin olacaq. Ağ Ev rəhbəri belə bir nəticəni ABŞ üçün qəbuledilməz adlandırıb.
Humay Eminqızı