Tramp bu şirkəti hədələdi


  • 13:39

ABŞ neft nəhəngi olan “Exxon Mobil” şirkətinə Venesuelanın xammal bazarında fəaliyyət göstərməyə icazə verməyə bilər.

E-huquq.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.

Ağ Evin rəhbərinin bu cür bəyanatı neft nəhənginin rəhbəri Darren Vudsun Venesuelanın xammal bazarının xarici investorlar üçün cəlbedici olmadığı barədə açıqlamasından sonra səslənib.

Qeyd edək ki, Venesuelanın nəhəng neft ehtiyatları respublikanın rəhbəri Nikolas Maduronun saxlanılmasından sonra ABŞ-nin nəzarəti altına keçib.

Humay Eminqızı

Oxşar xəbərlər