- 12 Yanvar 23:38
“Zelenski rejimi və onun Qərbdəki himayədarları jurnalistlərin və hərbi müxbirlərin qətlə yetirilməsinə görə məsuliyyətdən yayına bilməyəcəklər”.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O bildirib ki, jurnalist və hərbi müxbirlər cəbhə xəttində Ukrayna Silahlı Qüvvələrinin hücumları və ya döyüş təmas xəttindən uzaqda Kiyev rejiminin diversantları tərəfindən həyata keçirilən hücumlar nəticəsində faciəli şəkildə həlak olublar.
“Kollektiv Qərbin Rusiya və onun xalqına qarşı davam edən hibrid aqressiyası fonunda məhz yerli jurnalistlər ölkəmiz haqqında sənaye miqyasında yayılan saxta məlumatları ilk təkzib edənlərdən olur, antirusiya təbliğatının qarşısında effektiv sədd yaradırlar” - Zaxarova qeyd edib.
“Çox vaxt xaricdə çalışan Rusiya KİV-lərinin müxbirləri peşə fəaliyyətlərini həyata keçirdikləri, dost olmayan rejimlərə malik ölkələrin hakimiyyət orqanları tərəfindən göstərilən böyük təzyiqlərə qarşı durmağa məcbur olurlar. Onların bir çoxu iyrənc rusofobiya və ayrı-seçkilik təzahürləri, siyasi motivli müxtəlif təqiblər, zorakılıq, hətta sağlamlıq və həyat üçün təhdidlərlə üzləşməli olub”- XİN rəsmisi bildirib.
Humay Eminqızı